Bakının “Neftçi” klubunun bir neçə futbolçusu və baş məşqçisi koronavirusdan sağalıb.
Klubun baş məşqçisi Samir Abasov və onun köməkçilərindən Vəfadar Quliyev və Qədir Həsənov, futbolçulardan isə Voislav Stankoviç, Anton Krivotsyuk, Mert Çelik, Mamadu Mbodj, Asim Əlizadənin təkrar testlərinin cavabı neqativ olub. Sabir Buqrin, Kamran İbrahimov, Bruno Teluşi və Fərid İsgəndərovun müalicəsi isə davam edir.